Rusiya, Azərbaycan və Ermənistan Moskvada RAZILIĞA GƏLDİLƏR

30 Yanvar 2021 23:49 (UTC+04:00)

Xəbər verdiyimiz kimi Moskvada Rusiya, Azərbaycan və Ermənistan baş nazir müavinlərindən ibarət üçtərəfli işçi qrupun iclası keçirilib.

Publika.az TASS-a istinadla xəbər verir ki, iclasda tərəflər aşağıdakı məsələlər barədə razılığa gəliblər:

• Dəmir yolu, avtomobil və kombinə edilmiş daşınmalarla bağlı;

• Təhlükəsizlik, sərhəd, gömrük, sanitariya, baytarlıq, fitosanitar və digər nəzarət növləri daxil olmaqla nəqliyyatın təmin edilməsi məsələləri bağlı;

Bundan başqa tərəflər ekspert alt qruplarının formalaşdırılmasını 2 Fevral 2021-ci ilə qədər tamamlamağa və ilk görüşlərini 5 Fevral 2021-ci il tarixinədək keçirməyə razılaşıblar.

Üçtərəfli İşçi Qrupunun növbəti iclasının Moskvada keçirilməsinə qərar verilib. İclasın tarixi həmsədrlər tərəfindən razılaşdırılacaq.