"Fənərbağça" "Qalatasaray" qarşında BÜDRƏDİ

6 Fevral 2021 22:49 (UTC+04:00)

Futbol üzrə Türkiyə Super Liqasında "Fənərbağça" və "Qalatasaray" komandaları arasında İstanbul derbisi keçirilib.

Publika.az xəbər verir ki, matçın taleyini 1 qol həll edib.

“Qalatasaray” yeni transferi Mustafa Məhəmməd Abdullahın yeganə topu sayəsində qalib gəlib. Bununla da komanda xalları bərabərləşdirib və turnir cədvəlində liderliyi ələ keçirib.

Türkiyə Super Liqası

XXIV tur
6 fevral

“Fənərbaxça” – “Qalatasaray” – 0:1
Mustafa Məhəmməd, 54.