Sumqayıtda narkotik alverçisi həbs edildi

7 Fevral 2021 12:04 (UTC+04:00)

Sumqayıt şəhərində narkotiklərlə bağlı əməliyyat keçirilib.

Publika.az Teleqraf.com-a istinadla xəbər verir ki, Sumqayıt şəhər Polis İdarəsinin 3-cü polis bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş F.Məmmədov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 465 qram marixuana aşkar edilib.