Hindistanda buzlaq uçdu: 150 nəfər itkin düşdü

7 Fevral 2021 13:15 (UTC+04:00)

Hindistanda buzlağın uçması nəticəsində 150 nəfər itkin düşüb.

Publika.az xəbər verir ki, hadisə ölkənin şimalındakı Uttarkhand ştatında baş verib.

Baş verən uçqun Dxauliqanq çayının daşqınına səbəb olub, çayda tikilən elektrik stansiyasına zərər dəyib.

İtkin düşənlərin əksəriyyəti "Rişiqanqa" hidroelektrik stansiyasının fəhlələridir.