Bakının mərkəzində tikilən çoxmərtəbəli binada yoxlama - NÖQSANLAR ÜZƏ ÇIXDI

8 Fevral 2021 11:54 (UTC+04:00)

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, V.Plotnikov və M.Qaşqay küçələrinin kəsişməsində inşa edilmiş yaşayış kompleksində plandankənar yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, aşkar edilmiş nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

Nazirlikdən Publika.az-a verilən məlumata görə, vətəndaşın şikayəti əsasında Xidmət tərəfindən 2 dekabr 2020-ci il tarixində sözügedən yaşayış kompleksində Ədliyyə Nazirliyinin rəsmi reyestrindən əldə edilmiş “Çıxarış” əsasında yanğın-texniki müayinə aparılıb və yaşayış kompleksinin zirzəmi mərtəbəsində yerləşən avtodayanacaq sahəsində xidmətlərin göstərilməsinin dayandırılması haqqında Qərar qəbul edilib. Lakin, adıçəkilən obyektin rəhbərliyi qəbul edilən Qərara məhəl qoymadan avtodayanacaq sahəsində xidmətlərin göstərilməsini davam etdirib və bununla bağlı inzibati qaydada tədbir görülüb. Ötən müddət ərzində əlavə olaraq yaşayış binasının 1 və 2-ci mərtəbələrində normativ sənədlərlə reqlamentləşdirilən yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinə kobud surətdə əməl olunmadan ticarət fəaliyyətinə yol verib. Belə ki,

Sadalanan yanğına qarşı çatışmazlıqlarla bağlı obyektin məsul şəxsləri barəsində inzibati xəta haqqında protokollar tərtib edilib və yanğının baş vermə riskinin və nəticələrinin minimuma endirilməsi məqsədilə müvafiq qanunvericiliyin tələblərini rəhbər tutaraq müraciətimiz əsasında qeyri-yaşayış sahəsinin elektrik enerjisi təchizatı 4 fevral 2021-ci il tarixindən dayandırılıb.