Bakıda avtobus qəza törətdi – Hərəkət iflic oldu

9 Fevral 2021 10:31 (UTC+04:00)

Bu gün saat 10 radələrində 3-cü mikrorayon dairəsində yol qəzası baş verib.

Publika.az xəbər verir ki, marşrut avtobusu minik avtomobili ilə toqquşub. Nəticədə xəsarət alan olmasa da, nəqliyyat vasitələrinə qismən ziyan dəyib.

Hadisədən sonra ərazidə hərəkət dayanıb. Əraziyə gələn yol polisləri 5 küçəni birləşdirən dairədə hərəkəti bərpa etməyə çalışır.