Bakıda marşrut avtobusu ağır qəza törətdi - QADIN ÖLDÜ

9 Fevral 2021 11:38 (UTC+04:00)

Dünən Bakıda marşrut avtobusu ağır qəza törədib.

Publika.az xəbər verir ki, fevralın 8-də saat 7 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində Bakı şəhər sakini T.Əhmədov idarə etdiyi “Daewoo” markalı xətt avtobusu ilə yolu keçən paytaxt sakini L.Qəhrəmanovanı vurub və piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Suraxanı RPİ tərəfindən araşdırma aparılır.