Bakıda ağır yol qəzası - ÖLƏN VAR

10 Fevral 2021 12:45 (UTC+04:00)

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Publika.az xəbər verir ki, Sabunçu rayonu ərazisində "Qaz 33021" markalı yük avtomobili yolu keçməyə çalışan 70-75 yaşlı kişini vurub.

Ağır xəsarət alan piyada xstəxanaya aparılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Sabunçu rayon Polis İdarəsində cinayəti işi açılıb, araşdırma aparılır.