DİN Siyavuş Novruzova CAVAB VERDİ

11 Fevral 2021 11:22 (UTC+04:00)

Hər bir vətəndaşın məhkəməyə müraciət etmək hüququ var.

Bunu Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov deputat Siyavuş Novruzovun DİN-i məhkəməyə verməsinə münasibət bildirərkən deyib.

E.Zahidov əlavə şərh verməyərək, Siyavuş Novruzovun da bu ölkənin vətəndaşı olduğunu diqqətə çatdırıb: “Məhkəməyə vermək istəyir, buyursun versin”.

Qeyd edək ki, deputat Siyavuş Novruzov Daxili İşlər Nazirliyini məhkəməyə verdiyini deyib. O bildirib ki, Daxili İşlər Nazirliyi tərəfindən karantin qaydalarının pozulması iddiası ilə onun inzibati qaydada cəzalandırılması və cərimələnməsi tamamilə qanunsuzdur.

Siyavuş Novruzov DİN-i məhkəməyə verir: 400 min tələb edir