Keçmiş məhkum tutuldu

5 Avqust 2014 13:38 (UTC+04:00)

Hədə-qorxu yolu ilə 3000 manat alarkən tutuldu.

Publika.az-ın Daxili İşlər Nazirliyinin internet saytına istinadən verdiyi məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 2-də Quba rayonu Vəlvələ kəndinin ərazisində kənd sakini, əvvəllər məhkum olunmuş Dəyanət Məmmədov Bakı şəhər sakini Habil Hüseynova hədə-qorxu gəlib 3000 manatını alarkən tutulub.

Faktla bağlı cinayət işi başlanıb.