5,5 kq marixuana satarkən tutuldu

5 Avqust 2014 13:40 (UTC+04:00)

Keçmiş məhkum 5,5 kq marixuana satarkən tutuldu.

Publika.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş Siyavuş İsrafilov 5 kiloqram 500 qram marixuananı satarkən tutulub.

Faktla bağlı cinayət işi başlanıb.