Prezidentdən medal alan həmyerlimiz Afrikada rektor təyin olundu - FOTO

15 Fevral 2021 13:45 (UTC+04:00)

Həmyerlimiz dünyanın tanınmış kimya elmləri doktoru Said İrandust iki gün öncə Mərkəzi Africanın (AAUCA) Afro-Amerikan (Afro-American University of Central Africa) Universitetinin rektoru təyin edilib. Onun universitetə namizədliyini UNESCO təsdiq edib. Onun haqqında UNESCO-nun təhsil layihələri saytında onun haqqında bu sözlər qeyd olunub:

Said İrandust kimya mühəndisliyi üzrə professor və yüksək rəhbərlik və idarəetmə qabiliyyətinə sahib təcrübəli bir akademik liderdir. Asiya, Avropa və Skandinaviyadakı bir sıra ali təhsil müəssisələrində rektor, prezident və icraçı direktor vəzifələrində çalışıb. Bir neçə müasir universitet, peyk şəhərciyi və şirkət startapları qurub. İsveç Hökumətinin Riyaziyyatın Təşviqi Komitəsinin sədri, İsveç Hökumətinin Genişləndirilmiş İşə Qəbul Komitəsinin üzvü və İsveç Araşdırma və Ali Təhsil Beynəlxalq Əməkdaşlıq Fondunun (STINT) İdarə Heyətinin üzvü və s. vəzifələrin sahibidir. Akademiyada müxtəlif rəhbər vəzifələrdə çalışdığı 30 ildən çox müddətdə ali təhsilin bütün sahələrində uğurlu layihələri olub. Azərbaycan Respublikasının Prezidentinin Tərəqqi Medalı, Hindistanda “Təhsilə Görkəmli Töhfəsinə görə Mükafat” və Rusiya və Filippindən Fəxri Doktor dərəcələrinə layiq görülüb.

AAUCA təhsil mərkəzinin rektoru təyin olunması münasibəti ilə Malaboda GEq Təhsil Naziri və baş nazirin müavini Don Clemente Engonga Nguema Onguene ilə və Malaboda UNESCO-nun təhsil məsələləri üzrə əlaqələndiricisi Antennas ilə görüş keçirərək, müqavilə imzalayıb. Həmyerlimiz Səid İrandustun rektor olduğu universitetedə icra edəcəyi layihənin qiyməti 6,9 milyon dollar dəyərindədir.

Professor Səid İrandust fevral ayının 14-dən səlahiyyətlərinin icrasına başlayıb. Malaboda GEq Təhsil Naziri və baş nazirin müavini Don Clemente Engonga Nguema Onguene onu təntənəli surətdə universitetin kollektivinə təqdim edib.

Həmyerlimizi təbrik edirik!

Fotoda: Prof Said Said Irandost (solda) Malaboda GEq Təhsil Naziri Don Clemente Engonga Nguema Onguene ilə (sağda) və Malaboda UNESCO-nun təhsil məsələləri üzrə əlaqələndiricisi Anttenna..

https://www.iesalc.unesco.org/en/2021/02/12/said-irandoust-is-the-newly-appointed-rector-vice-chancellor-of-the-afro-american-university-of-central-africa-aauca/

https://ahoraeg.com/cultura/2021/02/14/la-universidad-afro-americana-de-africa-central-aauca-ya-tiene-un-nuevo-rector/

https://ahoraeg.com/cultura/2021/02/14/la-universidad-afro-americana-de-africa-central-aauca-ya-tiene-un-nuevo-rector/