Bakıda Sevgililər gününü qeyd edən 15 nəfər cəzalandırıldı

17 Fevral 2021 16:23 (UTC+04:00)

Paytaxtın Nizami rayonunda fevralın 14-də xüsusi karantin rejim qaydalarına əməl etməyən kafe müəyyən olunub.

DİN Mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, "Cənub” kafesində 14 fevral - Sevgililər Günü ilə əlaqədar 15 nəfər şəxsin həmin günü qeyd etmələri aşkarlanıb.

İctimai iaşə obyektin icarədarı və tədbirin iştirakçıları barəsində qanunvericiliyə uyğun olaraq, barələrində inzibati protokollar tərtib olunub.