Ermənistandan Qarabağa 400 müharibə veteranı gəlir

5 Avqust 2014 17:55 (UTC+04:00)

“Qarabağ müharibəsinin veteranları cəbhə xəttinə yola düşməyə hazırdır”.

Publika.az-ın erməni mediasına istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan Veteranlar İttifaqının bəyanatında deyilir.

Bəyanatda bildirilir ki, təxminən 350-400 nəfər Ermənistan və “Dağlıq Qarabağ Respublikası”nın rayonlarını müdafiə etmək üçün könüllü olaraq cəbhə xəttinə getməyə hazırdır. Veteranlar İttifaqı icazənin alınması üçün Ermənistan Müdafiə Nazirliyinə müraciət edib.

Ömər Dağlı