Əməkdar artist əməliyyat olundu

18 Fevral 2021 17:58 (UTC+04:00)

Əməkdar artist Kübra Əliyeva bu gün əməliyyat olunub.

Aktrisanın oğlu Ayaz Əliyev Publika.az-a açıqlamasında bildirib ki, əməliyyat uğurlu keçib:

“Anam narkozdan hələ ayılmayıb, bir azdan özünə gələcək. Həkimlər səhhətinin yaxşı olduğunu deyir. Güman ki, bu gün evə buraxılacaq. Nə əməliyyatı keçirdiyini özü desə, daha doğru olar”.