Bu ölkədə pamdemiyanın 3-cü dalğası başladı

20 Fevral 2021 00:31 (UTC+04:00)

Polşada koronavirus pandemiyasının üçüncü dalğası başlayıb. Bu barədə Polşanın səhiyyə naziri Adam Nedzelski Varşavada mətbuat konfransında deyib.

"Biz artıq Polşada üçüncü dalğanın başladığını deyə bilərik", - Nedzelski bildirib.

O qeyd edib ki, son zamanlar ölkədə koronavirusa yoluxanların sayı artır. Ölkədə epidemiyanın başlanğıcından 1 623 218 nəfər koronavirusa yoluxub, 41 823 nəfər isə dünyasını dəyişib.