2,5 milyon ton Azərbaycan nefti nəql olunub

5 Avqust 2014 20:10 (UTC+04:00)

2014-cü ilin iyul ayı ərzində BTC əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 544 min 60 ton Azərbaycan nefti nəql olunub.

ARDNŞ-dən Trend-ə verilən məlumata görə, cari ilin yanvar-iyul aylarında bu kəmərlə 17 milyon 87 min 200 ton neft ötürülüb.

Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2014-cü il avqust ayının 1-ə qədər BTC-yə 252 milyon 228 min 793 ton neft vurulub.

Bundan başqa, cari ilin iyul ayında BTC kəməri ilə ümumilikdə 418 min 773 ton Türkmənistan və Qazaxıstan nefti nəql olunub.