Meksikada hərbi təyyarə qəzaya düşdü - 7 ÖLÜ

22 Fevral 2021 05:45 (UTC+04:00)

Meksika Hava Qüvvələrinə məxsus "Learjet" markalı təyyarə ölkənin Verakrus ştatında qəzaya uğrayıb.

Publika.az xəbər verir ki, bu barədə "El Universal" qəzeti öz saytında bildirib.

Məlumata əsasən, təyyarədə olan yeddi nəfər həlak olub.

Təyyarə qəzası bölgənin paytaxtı Xalapa şəhəri yaxınlığında baş verib. Hadisə yerinə xilasedicilər və hökumət rəsmiləri gəliblər.

Faciənin mümkün səbəbləri barədə məlumat verilməyib.