Rus biznesmenin Dubayda sirli ölümü

22 Fevral 2021 10:34 (UTC+04:00)

Bir neçə ay əvvəl Dubaya köçən rusiyalı iş adamı Stanislav Druqalyov müəmmalı şəkildə vəfat edib.

Publika.az xəbər verir ki, onun avtomobili Dubayda körpüdən aşıb.

Hadisə 7 fevralda baş verib. Lakin yaxınları qəzaya hələ də inanmır və ölümünün cinayət xarakterli olduğunu iddia edir.

Image result for Станислав Другалёв,

Druqalyov ortaqları ilə birlikdə “Garantex” kriptovalyuta birjasını qurub. BƏƏ-dən keçmiş həyat yoldaşını çağırıb və hava isinəndə Moskvaya dönəcəyinə söz verib. Daha sonra qəzaya düşüb.

Yaxınlarının dediklərinə görə, heç kim ölüm səbəbini rəsmən açıqlamayıb. Onlar Druqalyovun avtomobil idarə etmədiyini də vurğulayıb. Eyni zamanda, yerli mediada qəza ilə bağlı heç bir xəbər dərc olunmayıb. Ən qəribəsi odur ki, ölümündən sonra onun noutbuku və telefonu itkin düşüb.

Zümrüd