Bağdadın "yaşıl zona"sı raket atəşinə tutuldu

23 Fevral 2021 05:15 (UTC+04:00)

İraqın paytaxtı Bağdadın "yaşıl zona" adlanan ərazisi raket hücumuna məruz qalıb.

Publika.az TASS-a istinadla xəbər verir ki, azə üç raket dövlət qurumlarının və xarici diplomatik missiyaların, o cümlədən ABŞ səfirliyinin yerləşdiyi ərazinin yaxınlığına düşüb. Raketlərdən ikisi "yaşıl zona"nın ərazisinə, birisi isə kənara düşüb.

Bildirilir ki, hadisə nəticəsində xəsarət alan olmayıb.