Bakının girişindəki dəhşətli qəza ilə bağlı RƏSMİ AÇIQLAMA

24 Fevral 2021 12:18 (UTC+04:00)

Bakı-Ələt-Qazax magistral yolunun Qaradağ rayonu Puta qəsəbəsi ərazisində - Hərbi Dəniz Qüvvələrinin qərargahının önündə baş verən zəncirvari qəzada bir nəfər ölüb, bir neçə nəfər isə xəsarət alıb.

Baş Dövlət Yol Polisi İdarəsindən Publika.az-a bildirilib ki, hadisə nəticəsində “VAZ-2107” markalı avtomobildə olan bir nəfər ölüb, daha bir neçə nəfər isə xəsarət alıb.

Hazırda magistral yolda hərəkətin bərpa edilməsi istiqamətində iş aparılır.

Muxtar