CBC-nin çəkiliş qrupu qəzaya düşdü – FOTOLAR

24 Fevral 2021 17:50 (UTC+04:00)

CBC TV-nin çəkiliş qrupu Tərtər-Bərdə yolu istiqamətində avtomobil qəzasına düşüb.

Publika.az
xəbər verir ki, qəzaya səbəb yolların buzlu olmasıdır.

Qəzada xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib.

Telekanalın rəhbərliyi hadisədən dərhal sonra yerli icra orqanlarıyla əlaqə saxlayıb, avtoqəzanın fəsadlarının aradan qaldırılması istiqamətində bütün operativ addımlar atılıb.