Rusiya MN-dən “İsgəndər” AÇIQLAMASI - VİDEO

25 Fevral 2021 20:24 (UTC+04:00)

Ermənistanın Baş naziri Nikol Paşinyanın məlum açıqlamasına cavab olaraq Rusiya Federasiyası Müdafiə Nazirliyi “İsgəndər” raketləri ilə bağlı açıqlama verib.

Publika.az xəbər verir ki, nazirliyin yaydığı məlumatda Qarabağda bu raket kompleksinin tətbiq olunmadığı bildirilir.

“Qarabağda “İsgəndər-M” tətbiq olunmayıb. Bütün raket ehtiyatları hərbi anbarlarda saxlanılır”- deyə açıqlamada deyilir.

Xatırladaq ki, Nikol Paşinyan “İsgəndər” raketlərini Qarabağda döyüşlər zamanı tətbiq etdiklərini lakin raketlərin partlamadığını yaxud 10%-nin partladığını açıqlamışdı.