Putin Paşinyanla danışdı: "Təmkinli olun..."

25 Fevral 2021 21:12 (UTC+04:00)

Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon söhbəti olub.

Publika.az "RİA Novosti"yə istinadla xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dimitri Peskovun məlumat verib.

O bildirib ki, danışıq Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutub və Ermənistandakı son vəziyyət müzakirə olunub:

"Putin Ermənistanda qayda-qanun və sakitliyi qoruyub saxlamağın, vəziyyəti qanun çərçivəsində sahmana salmağın vacibliyini qeyd edib, bütün tərəfləri təmkinli olmağa çağırıb".