Türkiyə hərb sənayesi yenə HEYRƏTLƏNDİRİR: 5-ci nəsil "adsız qəhrəman" gəlir

25 Fevral 2021 22:00 (UTC+04:00)

Türk Aerokosmik Sənayesi (TUSAŞ) yeni nəsil qırıcı təyyarənin anonsunu verib.

Publika.az Türkiyə mənbələrinə istinadla xəbər verir ki, adı açıqlanmayan qırıcının istehsal prosesi sürətlə davam edir.

"Ölkəmizin həyatda qalması üçün 5-ci nəsil döyüş qırıcısı üzərində işimiz sürətlə davam edir. Bu layihə ölkəmizi aviasiya və müdafiə sahəsində yüksək səviyyəyə qaldıracaq. Qətiyyətlə addım-addım irəliləyirik", - TUSAŞ-dan bildirilib.