NATO da Ermənistana ÇAĞIRIŞ ETDİ

25 Fevral 2021 23:00 (UTC+04:00)

"NATO Ermənistanda müxalifətin Baş nazir Nikol Paşinyanın istefasını istəməsindən sonrakı prosesləri yaxından izləyir".

Publika.az xarici KİV-ə istinadla xəbər verir ki, bunu alyansın sözçüsü Oana Lunkesku deyib.

O, tərəfləri gərginliyi artıran açıqlama və davranışlardan çəkinməyə, ölkədə baş verən siyasi hadisələr fonunda tərəfləri demokratiyaya bağlı olmağa çağırıb.

"iyasi müxtəlifliklər sülhpərvər yollarla və Ermənistan konstitusiyasına uyğun şəkildə, demokratiya yolu ilə həllini tapmalıdır", - Lunkesku vurğulayıb.