Əkrəm İmamoğludan Xocalı faciəsi ilə bağlı paylaşım - FOTO

26 Fevral 2021 05:45 (UTC+04:00)

İstanbul Böyük Şəhər Bələdiyəsinin sədri Əkrəm İmamoğlu Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr olunan paylaşım edib.

Publika.az xəbər verir ki, paylaşımda deyilir:

“Xocalıda qətl edilən Azırbaycan türkü qardaşlarımızı rəhmətlə anıram. Bütün bölgəyə, qonşularımıza, soydaşlarımıza sülh və əmin-amanlıq dolu bir gələcək arzu edirəm. Allah bir daha belə ağrı-acılar yaşatmasın” - deyə şəhər bələdiyyəsinin rəhbəri “Twitter” səhifəsində yazıb.

#Hocalı’da katledilen Azerbaycan Türkü kardeşlerimizi rahmetle anıyorum. Tüm bölgeye, komşularımıza, soydaşlarımıza barış ve huzur dolu bir gelecek diliyorum. Allah bir daha böyle acılar yaşatmasın.

— Ekrem İmamoğlu (@ekrem_imamoglu) February 25, 2021