Bakının mərkəzində soyğunçuluq - 2250 manatlıq telefonunu əlindən aldılar

26 Fevral 2021 12:51 (UTC+04:00)

Nəsimi RPİ-nin 20-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini A.Əzimov fevralın 25-də Azadlıq prospektində bir nəfərin onun 2250 manat dəyərində mobil telefonunu açıq talama yolu ilə aldığını bildirib.

Publika.az xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Ağdam rayon sakini N.Kərimov müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.