Neapol və Florensiyada Xocalı ilə bağlı lövhələr yerləşdirildi - FOTO

26 Fevral 2021 20:42 (UTC+04:00)

Xocalı faciəsinin anılmasının 29-cu ildönümü çərçivəsində İtaliyadakı Azərbaycan İcması Assosiasiyası Neapol və Florensiya şəhərlərinin müxtəlif yerlərində Xocalı soyqırımına aid çoxsaylı lövhələr yerləşdirib.

Lövhələrdə soyqırımı zamanı qətlə yetirilənlərin və itkin düşənlərin sayı, bu müharibə cinayətinin Ermənistan tərəfindən törədilməsi faktı, habelə faciəni əks etdirən şəkillər öz əksini tapıb.