Bakıda dəhşətli yol qəzası - FHN köməyə çatdı

27 Fevral 2021 00:49 (UTC+04:00)

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Xəzər rayonunda “Mercedes” və “Hyundai” markalı iki minik avtomobili toqquşub.

Publika.az xəbər verir ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə sürücünü deformasiyaya uğrayan "Mercedes" markalı minik avtomobilindən çıxarıb.

Yaralı aidiyyəti üzrə təhvil verilib.

Araşdırma aparılır.