Daha bir təyyarə qəzası - ÖLƏNLƏR VAR

27 Fevral 2021 10:13 (UTC+04:00)

ABŞ-da daha bir yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.

Publika.az xəbər verir ki, hadisə Corciya ştatının Hall rayonbunda baş verib. İlkin məlumata görə, təyyarədə olan 3 nəfərin hamısı ölüb.

Qeyd edək ki, təyyarə Qeynsvill hava limanından Florida ştatının Deyton-Biç şəhərinə uçurmuş.

Hadisənin səbəbi araşdırılır.