Yazda əmanətləri hansı valyutada saxlamaq olar? - MƏSLƏHƏT

27 Fevral 2021 21:49 (UTC+04:00)

Bu yaz əmanətlərin saxlanılması üçün ən əlverişli valyuta dollar olacaq, çünki yaxın aylarda Avropa ölkələrinin "şəxsi" valyutaları, eləcə də bir çox inkişaf etməkdə olan və əmtəə iqtisadiyyatına sahib dövlətlərin milli pul vahidləri Amerika valyutasına nəzərən dəyərini itirmək riski ilə üz-üzə qalacaq.

Publika.az xəbər verir ki, bu açıqlamanı RİA Novosti-yə "İnvestisiyalar dünyası" Broker Kredit Servisin fond birjaları üzrə eksperti Dmitri Babin verib.

"Son bir neçə ayda autsayder olan keçən ilin favoritlərinin (ilk növbədə Avropa ölkələrinin avro zonasına daxil olmayan valyutaları) daha da böyüməsi potensialı qarşıdakı 6-12 ay ərzində məhdud görünür, onların dollara nisbətdə dəyərdən düşmə riski isə yüksəkdir. Eyni şey bir çox inkişaf etməkdə olan ölkələrin əmtəə valyutalarına da aiddir", - deyə eksert bildirib.

Onun sözlərinə görə, bu səbəbdən də, hazırda valyuta risklərindən qorunmaq üçün investorlar yatırımlarının böyük hissəsini ABŞ dollarında saxlamalıdırlar.

Babin onu da xatırladıb ki, valyutalar öz-özlüyündə kifayət qədər aşağı dəyişkənliyə sahibdir ki, bu da onların ödəmə və əmanət vasitəsi kimi funksiyalarını yerinə yetirmələri üçün zəruri cəhətdir. Valyuta məzənnəsindəki sabit dalğalanmalara daha çox ya fundamental amillərin təsiri ilə valyutaların ucuzlaşması, ya da dolların dəyərindəki dəyişiklik səbəb olur.

Son doqquz ayda məhz ikinci vəziyyət müşahidə olunub: əksər valyutalar dollar qarşısında əhəmiyyətli dərəcədə bahalaşıb, onlarla ifadə olunan aktivlərin gəlirliliyi isə azalıb.

"Bu, həm inkişaf etmiş Avropa ölkələri, həm də inkişaf etməkdə olan dövlətlərin valyutalarına aiddir. Bu valyutalar hələ də dollara nisbətdə öz qiymətini almayıb və bazar xaricində formalaşan risklər daşıyır. Məsələn, geosiyasi təhdidlərin təzyiqi altında olan rubl kimi", - deyə ekspert vəziyyəti izah edib.