Aparıcı canlı efirdə telefonla oynadı

6 Avqust 2014 09:56 (UTC+04:00)

Türkiyənin “Habertürk” kanalının aparıcısı Balçiçek İlter efir vaxtı xoşagəlməz bir qəza ilə üzləşib.

ANS PRESS-in xəbərinə görə, reklam fasiləsi vaxtı İlter telefonu ilə oynamağa başlayıb.

Bu vaxt texniki bir səhvə görə, Balçiçek İlter bu vəziyyətdə efirdə görünüb.

Bir müddət baş verənlərdən xəbərsiz telefonu ilə məşğul olan Balçiçək qəfildən özünü ekranda görərək çaşıb.

Bundan sonra reklam kəsildiyi yerdən davam edib.