Bu, koronavirusdan müdafiəni təmin edə bilməz - Peyvənd mütəxəssisi

1 Mart 2021 10:55 (UTC+04:00)

Yüksək səviyyəli antitellər koronavirusdan müdafiəni təmin edə bilməz.

Publika.az xəbər verir ki, bunu Rusiyanın “Vektor” Mərkəzinin Elmi-Metodiki İş və Beynəlxalq Əməkdaşlıq üzrə Baş Direktor müavini vəzifəsini icra edən Tatyana Nepomnyaşçik deyib.

Onun sözlərinə görə, immunitet sisteminin həddindən artıq stimullaşdırılması o qədər də yaxşı bir addım deyil: “Yetərli miqdarda antitellə yanaşı, immunitet sisteminin digər elementləri də olmalıdır. Yalnız bunlar birlikdə koronavirusdan müdafiəni təmin edə bilər”.

Mütəxəssis qeyd edib ki, mərkəz tərəfindən hazırlanmış “EpiVacCorona” peyvəndi müxtəlif növ antitellər və onların yüksək səviyyələrinə istiqamətlənməyib. Dərman koronavirus infeksiyasından qorunmaq üçün lazım olan antitellərin istehsalına yönəlib.

Zümrüd