İrəvan bu gün yenidən AYAĞA QALXACAQ - Hər an vətəndaş müharibəsi...

1 Mart 2021 12:00 (UTC+04:00)

Ermənistanın müxalif qüvvələrindən ibarət Vətənin Xilas Hərəkatı bu gün yerli vaxtla saat 18:00-da İrəvanın Baqramyan prospektində növbəti mitinqini keçirəcək.

Publika.az xəbər verir ki, hərəkatın feysbuk hesabından xalqa mitinqə qoşulma çağırışı edilib.

“Bu iclasda iştirak etmək hər biriniz üçün vacibdir. İştirakımızla hökumət tərəfindən bütün dövlətin məhv edilməsinə dözməyəcəyimizi, ordumuzun, respublika prezidentinin yanında duracağımızı təsdiqləməliyik. Bu hakimiyyətin getməsi qaçılmazdır. Güclərimizi birləşdirəcəyik və xainin gedişinə qətiyyətlə nail olacağıq”, - çağırış nitqində deyilir.

Qeyd edək ki, bundan əvvəl müxalifət bazar ertəsi günü saat 16:00-da Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edən böyük bir mitinq keçirəcəkdi. Lakin bazar günü Nikol Paşinyan 1 Mart 18:30-da Respublika Meydanında keçirilməsi planlaşdırılan mitinqin gündəliyini təqdim etdikdən sonra müxalifət mitinq saatını dəyişdirdi.

Mitinqlərin eyni vaxta salınması tərəflər arasında insident yaşanması ehtimallarını artırır.

Zümrüd