SON DƏQİQƏ: Paşinyan referendum ELAN ETDİ

1 Mart 2021 20:00 (UTC+04:00)

Ermənistanın Baş naziri Nikol Paşinyan Konstitusiyaya dəyişiklik edilməsi ilə bağlı referendum elan edib.

Publika.az "Qafqaz Bürosu"na istinadla xəbər verir ki, o, bu barədə Respublika Meydanında keçirilən mitinqdə məlumat verib.

Baş nazir bildirib ki, Ermənistanın prezidentli üsul-idarəçiliyinə keçməsi üçün oktyabr ayında referendum elan edir.

Bildirək ki, 2018-ci ildə sabiq prezident Serj Sarkisyanın rəhbərliyi ilə Ermənistan referendum yolu ilə parlamentli respublika üsul-idarəçiliyinə keçmişdi.

Hüseyn