İctimai iaşə müəssisələrində ən çox bu nöqsanlar aşkarlanıb - RƏSMİ

1 Mart 2021 20:46 (UTC+04:00)

İctimai iaşə müəssisələrində pandemiya ilə bağlı görülən işlərə dair hesabat açıqlanıb.

Publika.az xəbər verir ki, 01 - 28 fevral tarixlərində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən 18395 monitorinq həyata keçirilib və 885 nöqsan aşkar edilib.

Bakı şəhəri üzrə ən çox nöqsan Səbail rayonunda (20 nöqsan), ən az nöqsan isə Qaradağ rayonunda (2 nöqsan) aşkar edilib.

Ən çox aşkar olunan nöqsanlar:

- İşçilərin tibbi maskadan istifadəsinə nəzarət edilməməsi (istifadə etməmələri) və tibbi maskanın təmin edilməməsi - 734 (83 %);

- Masa (2 metr) və oturacaqlar (1 metr) arasındakı məsafə ilə bağlı tələbə riayət olunmaması - 107 (12%);

Ümumilikdə, 25.09.2020-ci il tarixdən etibarən AQTA tərəfindən ölkə üzrə fəaliyyət göstərən ictimai iaşə müəssisəsində 51173 monitorinq həyata keçirilmiş və 2992 nöqsan aşkar edilmişdir.