BƏƏ-nin İsraildəki ilk səfiri işinə başladı

2 Mart 2021 02:42 (UTC+04:00)

Birləşmiş Ərəb Əmirliyinin İsraildəki ilk səfiri Məhəmməd əl-Hədja səlahiyyətlərinin icrası üçün Tel-Əvivə gəlib.

Publika.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” televiziya kanalı məlumat yayıb.

Qeyd edək ki, ötən il sentyabrın 15-də Vaşinqtonda ABŞ-ın aktiv vasitəçiliyi ilə İsrail tərəfi BƏƏ və Bəhreynlə münasibətlərin normallaşdırılması haqqında sənədləri imzalayıb.

İsrail BƏƏ və Bəhreynlə sülhün bağlanmasına qədər Misir və İordaniya ilə diplomatik münasibətlər qurub.