Qarabağda axtarışlar başladı - Azərbaycanın icazəsi ilə...

2 Mart 2021 12:05 (UTC+04:00)

İki həftəlik fasilədən sonra Qarabağda axtarış işləri bərpa edilib.

Publika.az xəbər verir ki, son döyüş əməliyyatları zonasında itkin düşən və ölən hərbçilərin qalıqlarının axtarışı bu gün Kəlbəcər istiqamətində aparılacaq.

Qeyd edək ki, kəşfiyyat işləri Azərbaycan tərəfinin istəyi ilə fevralın 15-də dayandırılmışdı.

Ümumi axtarışlar Ağoğlan qəsəbəsi, Füzuli və Cəbrayıl istiqamətlərində aparılır.

Atəşkəsdən sonra, 13 noyabr 2020-ci il tarixdən bu günə qədər aparılan axtarış işləri nəticəsində 1485 erməni hərbi qulluqçusunun cəsədi tapılıb.

Zümrüd