Ərdoğan Makronla MÜZAKİRƏ APARDI

2 Mart 2021 23:31 (UTC+04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Fransa prezidenti Emmanuel Makron arasında videokonfrans formatında danışıqlar olub.

Publika.az xəbər verir ki, bu barədə “Anadolu”agentliyi məlumat yayıb.

Qeyd edilir ki, Rəcəb Tayyib Ərdoğan Türkiyə ilə Fransa arasında əlaqələrin ciddi potensialının olması ilə bağlı inamını ifadə edib.