Peşə təhsili üzrə “Dərs vaxtı” proqramı cədvələ uyğun təqdim edildi

3 Mart 2021 04:30 (UTC+04:00)

Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə “ARB Günəş” kanalında yayımlanan “Dərs vaxtı” proqramı martın 2-nə olan cədvələ uyğun yayımlanıb.

Agentlikdən Publika.az-a bildirilib ki, proqramda turizm sahəsində iaşə üzrə mütəxəssis, kompüter operatoru, dizayner, avtomobillərin təmiri çilingəri, avtomobil sürücüsü, xalçaçı, quru inşaat ustası, hesablama əməliyyatları, estetika və mədəni özünüifadə ixtisasları üzrə dərslər təqdim olunub.

Peşə təhsili üzrə “Dərs vaxtı”nı ekran qarşısında izləyə bilməyənlər dərsləri Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmi “YouTube” kanalı ilə yanaşı, “Facebook” səhifəsindən, eyni zamanda, Təhsil Nazirliyinin videodərslər portalından izləyə bilərlər.