Sosial sığorta ödənişləri üzrə daxilolmalar artdı

3 Mart 2021 06:46 (UTC+04:00)

Dövlət sosial sığorta ödənişləri üzrə daxilolmalar artıb.

Publika.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

“Əmək bazarında şəffaflaşmaya yönəlik islahatlar uzunmüddətli hədəflərə söykənir. Cari ilin 2 ayında məcburi dövlət sosial sığorta ödənişləri üzrə daxilolmalar əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8,8 faiz artıb, proqnozdan əlavə daxilolma 65,4 milyon manat təşkil edir”, - deyə nazir bildirib.