Evində avtomat gizlədən şəxs ələ keçdi

4 Mart 2021 13:09 (UTC+04:00)

Polis evdə gizlədilmiş odlu silahı aşkarlayıb.

Publika.az xəbər verir ki, Xaçmaz RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini N.Əliyevin yaşadığı evə baxış zamanı oradan “AK-74” markalı avtomat silahı və 30 ədəd patron aşkar edilərək götürülüb.

Araşdırma aparılır.