Azərbaycanda özünü yandıran polis işdən çıxarıldı

4 Mart 2021 15:27 (UTC+04:00)

Özünü yandıran polis əməkdaşı daxili işlər orqanlarından xaric edilib.

Publika.az Unikal.org-a istinadən xəbər veruir ki, Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə, Salyan Rayon Polis Şöbəsinin əməkdaşı Fətiyev Miri Bəxtiyar oğlu vəzifəsindən azad olunub.

Qeyd edək ki, keçən ilin dekabr ayında rayonun Xələc kənd sakini, 1986-cı il təvəllüdlü Fətiyev Miri Bəxtiyar oğlu üzərində gəzdirdiyi yanacağı üstünə tökərək özünü yandırmmışdı.