Türkiyədə şəhid sayı 11-ə çatdı - VİDEO (YENİLƏNDİ)

4 Mart 2021 22:00 (UTC+04:00)

Türkiyədə hərbi helikopter qəzaya uğrayıb.

Publika.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qəza nəticəsində Türkiyə Silahlı Qüvvələrinin 11 hərbçisi həlak olub, 2-i yaralanıb.

Bildirilib ki, Türkiyə Quru Qoşunlarına məxsus "Cougar" tipli hərbi helikopter Bingöldən Tatvana uçuş həyata keçirirmiş.

Faktla bağlı araşdırma aparılır.