Yeni Zelandiya yenə SİLKƏLƏNDİ

6 Mart 2021 21:31 (UTC+04:00)

Yeni Zelandiya sahillərində 6,2 bal gücündə zəlzələ baş verib.

Publika.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların episentri Kermadek Arxipelaqı yaxınlığında, ocağı isə 80 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib, sunami təhlükəsi yoxdur.