Bakıda AĞIR QƏZA: 22 yaşlı gənc xəsarət aldı

7 Mart 2021 06:16 (UTC+04:00)

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Publika.az xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 1999-cü il təvəllüdlü Əliyev Tural Nizami oğlu xəsarət alıb.

O, təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Həkim müayinəsindən sonra ona sol körpücük sümüyünün sınığı diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır.