“Yuventus” – “Latsio” matçında dörd qol vuruldu

7 Mart 2021 09:12 (UTC+04:00)

İtaliya çempionatının XXIV turunda “Yuventus” öz evində “Latsio”nu qəbul edib.

Publika.az xəbər verir ki, oyunda hesabı qonaqlar açsa da, ev sahibləri üç qol vuraraq inamlı qələbə qazanıblar – 3:1.

“Qoca Sinyora”nın ispaniyalı hücumçusu Alvaro Morata dubl edib. Digər qolu isə Adrien Rabyo vurub. “Latsio”nun yeganə qolunun müəllifi Xoakin Korrea olub.

Bu qələbədən sonra “Yuventus” 52 xalla turnir cədvəlində üçüncü pillədə qərarlaşıb. “Latsio” isə 43 xalla yeddinci pillədədir.