SOCAR Litvadan Ukraynaya 3,4 min ton benzin daşıyıb

7 Mart 2021 09:24 (UTC+04:00)

2021-ci ildə Ukraynaya Litvadan 80,1 min ton avtomobil benzini idxal olunub. Bu, ötən ilin fevralı ilə müqayisədə 3,7 faiz çoxdur.

Publika.az xəbər verir ki, bu barədə Ukrayna KİV-lərinə istinadən məlumat verir.

Hesabat dövründə Ukraynaya Litvadan əsas benzin tədarükçüsü "SOCAR Ukraine" olub. Şirkət Ukraynaya 3,4 min ton benzin tədarük edib.

"Amik Ukraina" tərəfindən 2 min ton, "Alyans Oyl Ukraina" tərəfindən 1,6 min ton, "Qlusko Ukraina" tərəfindən 1,5 min ton benzin tədarük olunub.