Daha bir ödəniş terminalı oğurlandı

7 Mart 2021 12:26 (UTC+04:00)

Siyəzən Qaz istismar sahəsinin inzibati binasında oğurluq olub.

Publika.az report-a istinadla xəbər verir ki, binadan ödəniş terminalı oğurlanıb.

Hadisə ilə əlaqədar Siyəzən Rayon Polis Şöbəsinə müraciət olunub.

Faktla bağlı araşdırma aparılır.